Kolik nədir?

Kolik nədir?

Kolik Nədir?
Kolik sağlam bir körpədə uzun müddət davam edən və sıx ağlama və narahatlıqdır. Kolik körpələr arasında geniş yayılmışdır. Adətən ağlama epizodları tez-tez axşam saatlarında, valideynlərin özləri tez-tez yorğun olduqda baş verir. Körpə təxminən 6 həftəlik olduğu zaman kolik epizodları ən yüksək nöqtəyə çatır və 3-4 aylıq yaşdan sonra əhəmiyyətli dərəcədə azalır. 

Səbəbi 
Kolik yaranma səbəbi dəqiq bilinməsə də bir sıra faktorlar rol oynaya bilər:
•    İnkişaf etməmiş həzm sistemi.
•    Mədə möhtəviyyatının reflyuksu 
•    Qida allergiyası.
•    Süd-zülallara qarşı həssaslıq
•    AZ qidalanma və ya həddindən artıq qidalanma.
•    Məyusluq, qorxu və ya emosional reaksiya.
•    Disbakteriyoz

Kolikin simptomları hansılardır?
Kolikin əsas simptomu heç bir səbəb olmadan təkrarlanan ağlama epizodudur. Bu ağlama epizodları günün istənilən saatında başlasa da daha çox axşamlar özünü göstərir və dayanmadan saatlarla davam edir. Ümumiyyətlə, kolik ağlamaları gündə üç saat olmaqla həftədə ərzində dəfələrlə baş verir. 

Kolikin xüsusiyyətləri aşağıdakılar aiddir:
•    Qışqırmaq, şiddətli ağlama
•    Dərinin qızarması, üzün rənginin dəyişməsi
•    Bədən gərginliyi- yuxarı çəkilmiş ayaqlar, sərtləşdirilmiş qollar, sıxılmış yumruqlar, arxa əyilmiş və ya gərgin qarın
•    Bəzən körpə qaz keçirdikdən və ya bağırsaq hərəkətindən sonra simptomlarda rahatlama olur. 

Müayinə
Kolikin diaqnozu zamanı ağlamaların ümumi səbəbləri əvvəlcə istisna edilməlidir. Bu zaman aşağıdakı müayinə metodlarında istifadə olunur:
•    Körpənin boyu, çəkisi və başını diametrinin ölçülməsi
•    Ürəyin, ağciyərlərin və qarın səslərinin dinlənməsi
•    Əzaların, barmaqların, ayaq barmaqlarının, gözlərin, qulaqların və cinsiyyət orqanlarının müayinəsi
•    Toxunma və ya hərəkətə reaksiyanın qiymətləndirilməsi
•    İltihab, allergiya və ya digər infeksiya əlamətlərinə baxılması 
Unutmaq lazım deyilki, koliki olan körpələr normal və sağlam inkişaf edir. Əgər körpədə hər hansı bir inkişafdan qalma varsa, bu zaman digər xəstəliklərdən şüphələnmək lazımdır.

Müalicə 
Kolikin müalicə yoxdur. Əsas məqsəd ağlama krizləri zamanl körpəni sakitləşdirmək və simptomları aradan qaldırmaqdır. Bunun üçün aşağıdakılardan istifadə olunur.
•    Qidalanma rejimində dəyişikliklər körpə üçün  yüngül rahatlama təmin edə bilər. Körpənizi dik vəziyyətdə şüşə butulka ilə qidalandırın. Bu zamanı körpəni masaj edin ki tez-tez geğirsin. 
•    Körpədə qida allergiyası varsa, səpgi, hırıltı, qusma və ya ishal kimi digər əlamətlər və simptomlar ola bilər. Pəhrizdə dəyişikliklər kolikin aradan qalxmasına kömək edə bilər. Əgər körpə süni qida ilə qidalanırsa, həkiminiz zülalları daha kiçik ölçülərə parçalanmış hidrolizat formulasının bir həftəlik sınaqdan keçirilməsini təklif edə bilər.
•    Əgər ana südü ilə qidalandırırsınızsa, süd məhsulları, yumurta, qoz-fındıq və buğda kimi ümumi qida allergenləri olmayan bir pəhriz sınaya bilərsiniz. Ana həmçinin kələm, soğan və ya kofeinli içkilər kimi potensial qıcıqlandırıcı qidaları rasiyondan çıxara bilər.

Körpəni rahatlatmaq üçün nə etmək lazımdır?
•    Sallanan kresloda, ya da qollarınızda yellətmək 
•    Lirik musiqi qoymaq
•    Ağ səs, vibrasiya kimi sakitləşdirici vasitələrdən istifadə etmək 
•    Dəri ilə təmas
•    İsti vanna qəbulu 
•    Əmzik vermək - Bəzi ana südü ilə qidalanan körpələr bundan aktiv şəkildə imtina etsə də, digərləri üçün ani rahatlama hissi verə bilər 
•    Körpənin başını yumşaq bir şəkildə sığallamaq və kürəyinə, sinəsinə  yüngülcə toxunun.
•    Uşaq arabasında gəzdirin.
•    Azaldılmış stimullaşdırma - Sakit səslərdən istifadə etmək və televizorlar, telefonlar kimi elektronikanı söndürmək.
•    Körpəyə bitki tərkibli, köp əleyhinə dərman vermək 

Kolik nə qədər davam edir?
Baxmayaraq ki, kolik krizlərini valideynlər üçün çətindir, ağlamalar körpənin sağlamlığı üçün zərərli deyil. Unutmaq lazım deyilki, kolik adətən 3-4 aylıq özü-özünə keçir. 

T
  • 162 Baxış
  • 16.10.2023
E
  • 22 Baxış
  • 12.06.2024
E
  • 99 Baxış
  • 20.03.2024
T
  • 86 Baxış
  • 03.05.2024

Hashtag