Panik Atak

Panik Atak

Panik atak Nədir?

Panik atak, heç bir real təhlükə və ya görünən səbəb olmadığı halda ciddi fiziki reaksiyalara səbəb olan güclü qorxunun qəfil epizodudur. Bu xəstəlik həyat üçün təhlükə yaratmasa da, atak zamanı şəxs infarkt keçirdiyini və ya hətta öldüyünü düşünə bilər. Panik atak müasir dövrdə çox geniş yayılmış  və həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir göstərən psixi

Panik atak simptomları hansılardır?
Panik atakın ən önəmli xüsusiyyəti heç bir əlamət göstərmədən qəfil və səbəsiz başlamasıdır. Atak istənilən vaxt - maşın sürərkən, ticarət mərkəzində, yuxuda olanda və ya işgüzar görüşün ortasında baş verə bilər. Simptomlar başlandıqdan sonra 10 dəqiqə ərzində pik həddə çatır və qısa müddət sonra yox olur. Atak bitdikdən sonra şəxs özünü yorğun və əzgin hiss edir.

Panik atakın simptomlarına daxildir:
•    Yaxınlaşan təhlükə hissi
•    Sinə ağrısı
•    Sürətli ürək döyüntüsü 
•    Hiperventilyasiya, tənəffüs çətinliyi
•    Titrəmək 
•    Üşümə
•    Ürəkbulanma
•    tərləmə
•    Əl və ya ayaq barmaqlarında keyimə 

Eyni zamanda bəzi hallarda hiss olunur;
•    Boğulma hissi
•    İdarəetməni itirmək qorxusu
•    Ölüm qorxusu
•    Derealizasiya (ətraf mühitin düzgün dərk edilməməsi) və ya depersonalizasiya (özünü dərk etmənin pozulması)

Panik ataklara nə səbəb olur?
Bir çox digər psixi pozuntularda olduğu kimi, panik atakın da dəqiq səbəbi tam aydınlaşdırılmamışdır. Beynin və sinir sisteminin qorxu və narahatlığı necə qəbul etməsi burada əsas rol oynayır. Tədqiqatçılar düşünürlər ki, beynin qorxu və emosiyaları idarə edən mərkəzinin (amiqdala) disfunksiyası bu vəziyyətlərin kökündə durur. Həmçinin qamma-aminobutirik turşusu (GABA), kortizol və serotoninin kimyəvi pozuntusu panik ataka səbə olur .

Bununla belə xəstəlik aşağıdakı faktorlarla əlaqələndirilir:
•    Ailə tarixçəsi – Ailədə birinci dərəcəli qohumlardan biri (bioloji bacı-qardaş, uşaqlar və ya valideynlər) bu xəstəliyə tutularsa, digər üzvdə panik pozğunluğunun inkişaf riski 40% artar.
•    Psixi pozuntular 
•    Uşaqlıq travması -  1-17 yaş arasında  uşaqlarda baş verən mənfi təcrübələr, travmalar panik atakpanik pozğunluğunun inkişafına kömək edə bilər.

Atakları artıran faktorlar
Bəzi faktorlar panik atakın yaranmasına və pisləşməsinə bir başa təsir göstərə bilir;
•    Yüksək stress, qayğı
•    Mübahisələr
•    Dərmanların yan təsirləri
•    Kofein 
•    Travmatik hadisələr
•    İnsanların kütləvi olduğu yığıncaqlar

Müayinə 
Xəstəliyin diaqnozu adətən anamnezlə qoyulur. Lakin xəstəliyi bənzər simptomlar göstərən ürək xəstəlikləri, tiroid xəstəliyi və tənəffüs problemlərdən ayırd etmək üçün differensial diaqnostika aparılmalı və müxtəlif analizlərin verilməlidir. 

Müalicə 
Panik atak və panik pozğunluğu necə müalicə olunur?
Psixoterapiya
, dərmanlar və ya hər ikisinin kombinasiyası panik atak və panik pozğunluğunun müalicəsində çox təsirlidir. 
 

U
  • 47 Baxış
  • 15.05.2024
O
  • 80 Baxış
  • 23.04.2024
G
  • 101 Baxış
  • 06.10.2023
D
  • 95 Baxış
  • 07.05.2024

Hashtag