Perikardit

Perikardit

Perikardit – ürəyin perikard qişasının iltihabi prosesinə deyilir. Bu xəstəlik ya sərbəst, ya da müxtəlif xəstəliklərin (vərəm, revmatizm, birləşdirici toxumanın diffuz xəstəlikləri, strepto-stafilokokk infeksiyalar, qarın və səpgili yatalaq, sifilis, tularemiya, qızılca, qızıl yel, meningit, vəba və s.) fəsadı kimi meydana çıxır.

Seksion göstəricilərə görə, perikardit o qədər də nadir xəstəlik deyil. Autopsiya zamanı 2-12% hallarda perikardit əlamətləri aşkar olunur.

   

Perikarditin səbəbləri

Müasir təbabətdə perikarditlərin etioloji amilə əsaslanan tənsifatı qəbul olunub.

Infeksion amillərin organizmə təsirindən törənən perikarditlər:

  • Qeyri-spesifik bakterial perikarditlər (kokklar və başqa mikroblar tərəfindən törənən perikarditlər)
  • Vərəm mənşəli perikarditlər
  • Revmatik perikarditlər
  • Spesifik infeksion perikarditlər (qarın yatalağı, vəba, brüsellyoz və s.)
  • Virus və rikketsioz mənşəli perikarditlər (qrip virusu, Koksaki virusları, infüksion-mononukleoz)

 Aseptik perikarditlər:

  • Allergic perikardit
  • Birləşdirici toxumanın diffuz xəstəlikləri zamanı inkişaf edən perikarditlər (QQE, SSD, AA və s.)
  • Travmalar nəticəsində epistenokarditik perikarditlər
  • Autoimmun perikarditlər (infarkdan sonra, ürəkdə cərrahi müdaxilələrdən sonra)
  • Qan xəstəliyi zamanı olan perikarditlər
  • Bəd xəssəli şişlər zamanı
  • Dərin mübadilə pozğunluqları zamanı inkişaf edən perikarditlər

Iltihabi proses fibrin hasilatına səbəb olur. Iltihab prosesinin özü isə perikardın deformasiyasına, hüceyrələrin nekrozlaşmasına, şişkinləşməsinə,hüceyrəarası strukturun genişlənməsinə, yəni perikardda kapillyar qan dövranının pozulmasına, xırda damarlara iltihabi ekssudatın hopmasına, yəni iltihabi ödemə səbəb olur. Ekssudat perikard boşluğunda toplanır, xırda dispersli zülallar yaxşı sorulur, qalmış fibrinogen isə fibrinə çevrilir və perikardın üzərinə çökür. Xəstəliyin inkişaf prosesində fibrin qatı böyük ölçülərə, 1sm qədər çata bilər. Bu zaman qişanın bütün qatlarında hüceyrə elementlərinin proliferasiyası baş verir. Əvvəlcə fibrin qatı sərbəst olur, sonra qalınlaşır, fibrinin altındakı təbəqə dağılır və fibrinoz kütlələr aşağıdakı toxuma ilə bitişir.

Ürəyin səthinin yığılma zamanı dəyişilməsi fibrinin altındakı təbəqə dağılır və fibrinoz kütlələr aşağıdakı toxuma ilə bitişir. Ürəyin səthinin yığılma zamanı dəyişilməsi fibrinin büküşlər şəklində çökməsinə səbəb olur. Beləliklə, daxili və xarici təbəqələr arsında incə fibrin telləri uzanır.

Kəskin ekssudativ perikardit daha ciddi dəyişikliklərə səbəb olur. Bu zaman perikardda gedən dəyişikliklər onun soruculuq qabiliyyətini pozur. Buna görə də perikard boşluğuna daxil olmuş ekssudatı perikard sora bilmir və boşluqda maye toplanır. Mayedə kifayət qədər leykosit, qopmuş epitel hüceyrələri, fibrin topacaqları və hemorragik ekssudat zamanı eritrositlər olur. Xəstəliyin bu formasında epikardın üzərində olan fibrinoid çöküntüləri quru perikarditə nisbətən daha çox olur.

Perikarditin təsnifatı

Klinik-morfoloji formalarına görə perikarditlər:

  • kəskin - 6 həftəyə qədər
  • yarımkəskin - 6 həftə - 6 ay
  • xronik - 6 aydan çox

Kəskin perikarditlər - quru və yaxud fibrinoz, ekssudativ (seroz-fibrinoz və hemorragik), irili və çürüntülü.

Xronik perikarditlər - ekssudativ, ekssudativ-adheziv, adheziv

Inisal mərhələ - bu zaman iltihabi proses kataral xarakter daşıyır. Perikardit məhdud olur. Xəstələrdə küt ağrılar,EKQ-da qeyri-stabil dəyişikliklər qeyd olunur.

Perikarditin əlamətləri

Perikarditin formasından asılıdır. Kəskin perikardit zamanı erkən simptomlardan biri – döş sümüyü arxasında kəskin ağrılardır. Bəzən ağrı tutmaları stenokardiyanı xatırladır, lakin stenokardiyadan fərqli olaraq, nitrogliserin qəbulundan sonra keçmir. Ağrılar epiqastral nahiyəyə irradiasiya edir, səbəbi – diafraqmal sinirin qıcıqlanmasıdır. Ağrı quru perikardit zamanı olan əsas simptomdur. Perikard boşluğunda maye toplanmağa başlayanda xəstələrdə təngnəfəslik və öskürək baş verir (traxeyanın, bronxların və diafraqmal sinirin eksudat tərəfindən sıxılması nəticəsində öskürək əmələ gəlir).

Təngnəfəslik artdıqca xəstələr məcburi vəziyyət alırlar: gövdə irəli əyilmış vəziyyətdə, aşağı ətraflar dizlərdən bükülmüş olur. Bu vəziyyətdə xəstədə təngnəfəslik və ağrı azalır.

Perikarditlərdə bir sıra ümumi əlamətlər olur:

  • Subfebral temperatur
  • Leykoformulada sola meyillik
  • Leykositoz
  • EÇS artması

Irili perikarditlərdə bu dəyişiliklər daha da aşkar nəzərə çarpır.

  • Fiziki müayinə aparıldıqda quru və ya ekssudativ perikarditin erkən dövrlərində auskultasiyada perikardın sürtünmə küyü eşidilə bilər.
  • Küy lokalizasiyasına görə məhdud, bəzən geniş sahədə olur və heç bir istiqamətdə yayılmır. Küy həm sistola həm də diastola zamanı eşidilir.
  • Xüsusiyyətinə görə zəif və sərt ola bilər, bəzən palpasiya zamanı hiss edilir. Xəstənin oturaq vəziyyətində stetoskopu döş qəfəsinə sıxan zaman artır.
  • Ekssudativ perikardit zamanı nəbz zəifləmiş və tezləşmiş ola bilər. Quru perikardit zamanı isə nəbzin  dəyişməsi qeyd olunmur.
  • EKQ-də hər bir standart aparmalarda S-T seqmetində dəyişikliklər olur.
  • Kəskin ekssudativ perikardit zamanı xarakter əlamət mayenin perikard qişa boşluğuna toplanmasıdır, nəticədə döş qəfəsi bir qədər böyüyür, qabırğaarası məsafələr təyin olunmur. Zirvə vurğusu hiss edilmir. Xəstə oturmuş halda qabağa əyilərsə, ürək vurğularını aşkar etmək olmur.
  • Bəzən ürək nahiyasinin və ətraf toxumaların ödemləşməsi aşkar olunur.

Perikarditin gedişi

Ekssudativ perikardit bəzən ekssudativ plevrit, poliserozit əlamətləri ilə müşayiət edilir. Xəstəlik dalğavarı gedişə də malik ola bilər. Bəzən isə perikardit simptomsuz olur.

Bəzən iltihabi proses perikarddan qaraciyər kapsuluna keçək, onun qalınlaşmasına və qaraciyər venalarının sıxılmasına səbəb ola bilər. Bu da venoz durğunluq əlamətlərinin güclənməsinə səbəb olur. Bu, qaraciyərin psevdosirrotik dəyişikliyi və ya pik psevdosirrozu adlanır. Bundan başqa, perikarditlər zamanı periton qişasında da eyni morfoloji dəyişikliklər əmələ gələrsə, qaraciyəri örtən hissədə perihepatit yaranıb Qlisson kapsulunu qalınlaşdırır.

Perikarditin diaqnostikası

Diagnostika prosesində perikardit digər xəstəliklərdən, ilk növbədə kəskin miokard infarktı ilə differensiasiya edilməli, perikarditin etimalogiyası aydınlaşdırılmalıdır. Perikarditin diaqnostik alqoritmi anamnezin toplanması, baxış, laborator müayinələrin aparılmasından ibarətdir.

EKQ - kəskin quru perikardit, adheviz perikarditin diaqnostikasında böyük rol oynayır.

Ağciyərlərin rentgenografiyası - ekssudativ perikarditin diaqnostikasında ağciyərlərin rentgenografiyası informativliyi ilə seçilir.

KT, MRT, MSKT - döş qəfəsinin KT, ürəyin MRT və MSKT perikardın qalınlaşması və kalsifikasiyasını aşkar edir.

Exokardioqrafiya - perikard boşluğunda hətta ən kiçik həcmli maye ekssudatı, ürəyin hərəkətinin dəyişməsi, bitişmələr, perikard qatlarının qalınlaşmasını təyin etmək mümkündür.

   

Perikarditin müalicəsi

Perikarditin müalicəsi konservativ və cərrahi olur. Kəskin dövrdə xəstəyə yataq rejimi, zülal və vitaminlərlə zəngin tam keyfiyyətli qida təyin olunur. Qidada xörək duzunu məhdudlaşdırmaq məsləhətdir.

Perikarditin müalicəsinin əsasında perikarditi törədən əsas xəstəliklərin müalicəsi durur. Müalicədə antibiotiklər vacib yer tutur. Xəstəlik vərəm etiologiyalı olarsa, streptomitsin, ftivazid və vərəm əleyhinə preparatlar verilə bilər. Revmatizm etiologiyalı xəstəlikdə isə penisillin tipli antibiotiklər tətbiq olunur.

Antibiotikləri perikard boşluğuna punksiya vasitəsilə yetirmək olar.

Revmatizm əleyhinə preparatlardan salisil preparatları, pyramidon, butadion, steroid hormonlar işlənir. Bəzən ürək qlikozidləri verilir.

Əgər ekssudativ perikardit konservativ müalicə olunmazsa, ekssudat həddən artıq çox toplanarsa, perikard boşluğu punksiya edilib ekssudat.

 

G
  • 22 Baxış
  • 09.08.2024
N
  • 7 Baxış
  • 13.09.2024
G
  • 613 Baxış
  • 21.11.2023
G
  • 46 Baxış
  • 12.06.2024