Polinefrit nədir?

Polinefrit nədir?

Polinefrit Nədir?
Böyrək daşları, nefrolitiaz və ya urolitiyaz, böyrək daxilində sidikdəki minerallar və duzlardan əmələ gələn böyrək xəstəliyidir. Böyrək daşı böyrəyin ən geniş yayılmış xəstəliyindən biridir. Böyrəkdəki daş müxtəlif ölçülərdə və formalarda ola bilər. Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər.

Səbəbi 
Böyrək daşları sidiyin tərkibindəki olan maddələrdən əmələ gəlir. Daşları əmələ gətirən elementlər normal vəziyyətdə sidiklə bədəndən xaric olur. Lakin sidiyin həcmi yetərincə olmadıqda bu maddələrin yüksək konsentrasiyası yaranır və kristallaşmağa başlayır. Buna adətən kifayət qədər su içməmək səbəb olur. Daş əmələ gətirən maddələr bunlardır:
•    kalsium
•    oksalat
•    Sidik turşusu
•    fosfat
•    Sistin 
•    Ksantin

Simptomları hansılardır? 
Xəstəliyin simptomları daşın ölçüsündən, yerləşdiyi nahiyədən asılıdır. Daş kiçik ölçülü olduqda və ya hərəkət etmədikdə heç bir əlamət göstərmir. Bu “lal daşlar” adətən sidiklə bədəndən xaric olur.Ancaq hərəkət etməyə başlayanda və ya çox böyüdükdə, simptomlar ortaya çıxır. Böyrək daşının simptomlarına aşağıdakılar daxildir:

•    Bel nahiyəsində (sağ və solda olmaqla bir və ya ikitərəfli) olan küt, üzücü ağrılar. Ağrılar küt formada başlasa da kəskin formaya çevrilir. Daş böyrəkdən sidik axarına keçdikdə ağrı qarının aşağı hissəsində, qasıq nahiyəsində, cinsiyyət orqanlarında hiss olunur, bəzən isə ağrı ayağa da yayıla bilər
•    Qızdırma və ya titrəmə.
•    Ürəkbulanma və ya qusma.
•    Sidikdə qan görmək.
•    Pis qoxulu və ya bulanıq sidik
•    Ağrılı sidik ifrazı.
•    Tez-tez sidiyə getmə hissi
•    Sidik ifraz edə bilməmək- Bu “tıxanma” sindromu adlandırılır. Bədənin vəziyyətini azca dəyişən kimi, sidik ifrazı davam edir.

Müayinə 
Böyrək daşı diaqnozu xəstənin simptomları və müxtəlif müayinə metodları əsasında qoyulur:
•    Rentgen, KT tomoqrafoya və ultrasəs- həkiminizə böyrək daşlarınızın ölçüsünü, formasını, yerini və sayını görməyə kömək edir.
•    Qan analizi- Qan testi böyrəklərinizin nə qədər yaxşı işlədiyini, infeksiyanın olub olmadığını yoxlayır və böyrək daşlarına səbəb ola biləcək biokimyəvi problemləri göstərir.
•    Sidik analizi- Bu test infeksiya olub olmamasını aşkar edir və böyrək daşlarını əmələ gətirən maddələrin səviyyələrini araşdırır.

Müalicə 
Böyrək daşlarının müalicəsi daşın növünə və səbəbinə görə dəyişir;

Kiçik daşların müalicəsi 
Əksər kiçik böyrək daşları invaziv müalicə tələb etmir. Kiçik bir daşı aşağıdakılara əməl etməklə salmaq mümkündür:
•    Bol su içmək- Gündə 2-3 litr (1,8-3,6 litr) qədər içmək sidik konsektrasiyasını seyreltilməyə kömək edir. Bununla kiçik daşlar sidik vasitəsi ilə təmizlənir. 
•    Ağrı kəsicilər. Kiçik bir daşın kanalda hərəkət etməsi bəzi narahatlığa səbəb ola bilər. Yüngül ağrıları aradan qaldırmaq üçün ibuprofen tərkibli ağrı kəsicilərdən istifadə etmək mümkündür.
•    Dərman müalicəsi. Həkiminiz böyrək daşınızın keçməsinə kömək edəcək bir neçə dərman verə bilər. Alfa-bloker kimi tanınan bu dərman növü, sidik kanalınızdakı əzələləri rahatladır, böyrək daşını daha tez və daha az ağrı ilə düşürməyə kömək edir.

Böyük daşların müalicəsi 
Öz-özünə keçə bilməyəcək qədər böyük olan və ya qanaxmaya, böyrək zədələnməsinə, sidik yolları infeksiyalarına səbəb olan böyrək daşları daha geniş müalicə tələb edə bilər;
•    Daşları parçalamaq üçün səs dalğalarından istifadə etmək
•    Böyrəkdəki çox böyük daşların çıxarılması əməliyyatı. Perkutan nefrolitotomiya adlanan prosedur kiçik teleskoplar istifadə edərək böyrək daşının cərrahi yolla çıxarılmasını nəzərdə tutur.

P
  • 60 Baxış
  • 25.03.2024
O
  • 80 Baxış
  • 23.04.2024
O
  • 220 Baxış
  • 06.10.2023
G
  • 30 Baxış
  • 15.06.2024

Hashtag