Reflüks, Qastroezofageal reflüks xəstəliyi

Reflüks, Qastroezofageal reflüks xəstəliyi

Reflüks, Qastroezofageal reflüks xəstəliyi
Nədir

Reflüks mədənin turşu tərkibli möhtəviyyatının qida borusuna geri qayıtması nəticəsində döş sümüyü arxasında hiss edilən yanma hissidir. Reflüks, qida borusunun sonundakı klapanın müxtəlif səbəblərdən düzgün bağlanmaması nəticəsində baş verir. Bu, hər kəsdə müəyyən vaxtlarda ortaya çıxa bilər və tamamilə normaldır. Lakin, bu yanma hissi iki dəfədən çox, uzun müddətli davam edərsə QERX (qastroezofageal reflüks xəstəliyi) diaqnozu qoyulur.

Səbəbi
Xəstəlik aşağı ezofaqus sfinkterinin (klapan) zəifliyi nəticəsində yaranır. Normalda bu qapaq mədəyə qida daxil olduqdan sonra möhkəm bağlanır. Aşağıdakı faktorlar reflüksa səbəb olur;
•    Artıq çəki, piylənmə
•    Yemək yedikdən sonra uzanmaq
•    Sitrus meyvələri, pomidor, şokolad, nanə, sarımsaq, soğan və ya ədviyyatlı və yağlı qidalar 
•    Alkoqol, qazlı içkilər, qəhvə və ya çay kimi içkilər içmək
•    Siqaret çəkmək
•    Hamiləlik
•    Bəzi dərman preparatları- bəzi antibiotiklər, iltihabəelyhi preparatlar, nitratlar, antidepressantlar və Aspirin, ibuprofen, tərkibli dərmanlar 
•    Diaqfraqmanın qida borusu dəliyinin yırtığı (Hiatal yırtıq)


QERX-nin simptomları hansılardır?
Xəstəliyin əsas simptomu sinədə xoşagəlməz yanma hissi, reflüksdür. Eyni zamanda, xəstəlik zamanı ağız arxasında turş və ya acı dad yarana bilər. 
GERD-nin bəzi digər simptomları bunlardır:
•    Döş sümüyü arxasında ağrılar
•    xroniki öskürək
•    Qidanın udulması zamanı çətinlik, ağrı və ya discomfort (Boğazda yemək qalma hissi) 
•    ürəkbulanma
•    udma zamanı ağrı
•    udma çətinliyi
•    boğuq səs
•    Ağızdan xoşagəlməz qoxu
•    Ağız suyunun çox ifrazı, hətta səhərlər “islanmış yastıq” simptomu.

Körpələr və uşaqlarda QERD-nin simptomları;
•    Tez-tez kiçik qusma epizodları
•    Həddindən artıq ağlamaq, yemək istəməmək
•    Nəfəs almada çətinlik çəkmək
•    Boğaz xırıltısı
•    Ağızdan xoşagəlməz qoxu
•    Xüsusilə körpələrdə yeməkdən sonra yatmaqda çətinlik.


Müayinə 
QERD-in diaqnozu xəsətlik simptomlar və müxttı+əlif klinik testər vastiəsi ilə qoyulur. Beləki, sözugedən testlərə aşağıdakılar daxilldir;
Ambulator 24 saatlıq pH probu
Burun vasitəsilə yemək borusuna kiçik bir boru göndərilir. Borunun ucundakı pH sensoru qida borusunun nə qədər turşuya məruz qaldığını ölçür və məlumatları portativ kompüterə göndərir. Bir şəxs bu borunu təxminən 24 saat taxır. Bu üsul QERD diaqnoztikasında "qızıl standart" hesab olunur.
Ezofoqramma
Bir barium məhlulu içdikdən sonra, yuxarı həzm sistemini yoxlamaq üçün rentgen görüntüləmədən istifadə olunur.
Üst endoskopiya
Kiçik kamerası olan bir boru, ezofaqusu yoxlamaq və lazım gələrsə, toxuma nümunəsi (biopsiya) toplamaq üçün istifadə olunur.
Ezofaqus manometriyası
Qida borusunun əzələlərinizin gücünü ölçmək üçün burundan yemək borusunuza boru keçirilir.
Ezofaqus pH monitorinqi
Bir neçə gün ərzində bədəninizdə turşunun necə tənzimləndiyini öyrənmək üçün qida borusuna monitor daxil edilir.


Müalicə 
Qastroezofageal reflüks xəstəliyi adətən aşağıdakı dərmanlar ilə müalicə oluna bilər:
•    Antasidlər - mədə turşusunu neytrallaşdıra bilər.
•    H2 reseptor blokatorları - mədə turşusunun artıqlığını müalicə edir.
•    Proton pompası inhibitorları - mədənin istehsal etdiyi turşunun miqdarını azaldır.
 

N
  • 4655 Baxış
  • 10.10.2023
O
  • 69 Baxış
  • 17.01.2024
O
  • 141 Baxış
  • 03.10.2023
P
  • 174 Baxış
  • 03.10.2023

Hashtag